AZ

Evlərin təmiri zamanı nəyə önəm verməliyik?VİDEO

Ucuz olsalar da, fəsadları böyükdür... Evlərin təmiri zamanı istifadə olunan ucuz və keyfiyyətsiz materiallar bəzən böyük  yanğınlara, hətta faciəyə səbəb olur...

Xezerxeber.az xəbər verir ki, tikinti ekspertlərinin sözlərinə görə, bzi vətəndaşlar ev təmiri zamanı ucuz materiallara üstünlük verirlər, lakin onların saxta olduqlarını bilmirlər.

Xüsusilə elektrik xəttinin çəkilməsində istifadə olunan materialların düzgün seçilməməsi yanğı hallarını qaçılmaz edir.

Evlərin həm daxilinə, həm də xaricinə vurulan termo izoliyasiyaların həm qiyməti, həm də keyfiyyəti aşağı olanda da yanğın riski yüksəkdir.

Tikinti eksperti onu da qeyd etdi ki, bu sahədə çalışan ustaların peşəkar olması vacibdir. İşi yeni öyrənən və ya naşı ustaların materiallardan düzgün istifadə etməməsi də fəsadlarla nəticələnə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
3
xezerxeber.az

1Mənbələr