Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Ticarət Nazirliyi ötən ilin noyabr ayına dair zavod sifarişləri ilə bağlı məlumatları açıqlayıb.
Banco.azxəbər verir ki, məlumata görə, ABŞ-də zavod sifarişləri noyabr ayında əvvəlki ayla müqayisədə 2,7 faiz artaraq 621,6 milyard ABŞ dollarına yüksəlib. Bazar proqnozları sifarişlərin 1,6 faiz artacağı istiqamətində idi. Oktyabr ayında isə zavod sifarişlərində aylıq əsasda 1,3 faiz azalma qeydə alınmışdı.
Eyni dövrdə davamlı (uzunmüddətli) istehlak malları üzrə sifarişlər 5,3 faiz artaraq 323,8 milyard ABŞ dollarına çatıb. Bu artımda müdafiə xarici təyyarə və təyyarə hissələri sifarişlərinin demək olar ki, iki dəfə artması, eləcə də nəqliyyat avadanlıqları sifarişlərində 14,7 faizlik yüksəliş həlledici rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!