AZ

Fransalı hücumçu “Fənərbaxça”nın radarında

“Fənərbaxça” hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Anje” klubunun hücumçusu Sidika Şeriflə anlaşıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, artıq klublar arasında 19 yaşlı forvardın transferi ilə bağlı rəsmi danışıqlara start verilib.

Qeyd edək ki, Sidika Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qola imza atıb.

Levandovski Messiyə çatıb

Raşford Çempionlar Liqasında Bekhemin göstəricisini təkrarlayıb

ÇL: Van Deyk unikal göstəriciyə imza atıb

Frank Kessye A Seriyasına qayıda bilər

“Çelsi” Sterlinqlə yollarını ayırıb

Seçilən
21
3
apasport.az

7Mənbələr