AZ

Dünya nəhəngi çalxalanır -

Çin ordusunun yüksək rütbəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıb.Metbuat.az xəbər verir ki, bu qərar nüvə proqramı ilə bağlı məlumatların ABŞ-yə sızdırıldığı barədə iddialardan sonra qəbul edilib. Xarici KİV-lərin məlumatına görə, Çin ordusunda Mao dövründən bəri görünməmiş hərbi təmizlənmə müşahidə edilir. Ölkənin ən güclü generalı və Si Cinpinin yaxın dostu Çjan Youksiyanın devrilməsi və casusluq iddiaları müzakirələrə səbəb olub. BBC-nin məlumatına görə, Çin sədri Si Cinpin təkcə Çjanı deyil, həm də Baş Qərargah rəisi Liu Cenlini vəzifəsindən azad edib. Hazırda Çin ordusuna rəhbərlik edən Mərkəzi Hərbi Komissiya demək olar ki, boşdur.

Sızan məlumatlara görə, generalın təmizlənməsinin səbəbi onun Çinin nüvə proqramı ilə bağlı ABŞ-yə kritik məlumatlar verdiyinə dair iddiaların olması ilə bağlıdır. İddialar doğru olarsa, bu, Pekinin strateji çəkindirmə qabiliyyətinin çökməsi deməkdir. ABŞ Çinin ən gizli silahlarının yerini və imkanlarını öyrənmiş ola bilər.

Seçilən
8
metbuat.az

1Mənbələr