ABŞ prezidenti Donald Tramp Venesuela hava məkanının kommersiya uçuşları üçün yenidən açılacağını və amerikalıların artıq ölkəyə "təhlükəsiz" səyahət edə biləcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən 2026-cı ilin ilk kabinet iclasında ABŞ Prezidenti Tramp Venesueladakı mövcud vəziyyətlə bağlı açıqlama verib.
Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezə istinad edərək deyib: "Mən indicə Venesuela prezidenti ilə danışdım və ona Venesuela üzərindəki bütün kommersiya hava məkanlarını açacağımızı bildirdim".
Tramp ABŞ Nəqliyyat Nazirliyinə və orduya Venesuela hava məkanını kommersiya uçuşları üçün mümkün qədər tez açmağı tapşırdığını bildirib və əlavə edib ki, amerikalılar artıq Venesuelaya səyahət edə bilərlər və "orada təhlükəsiz olacaqlar".
Tramp həmçinin bildirib ki, ABŞ-ın əsas neft şirkətlərinin layihələri üçün yer seçmək üçün Venesuelaya getməyə başlayır və nəticədə əldə edilən iqtisadi qazanclar həm ABŞ-a, həm də Venesuelaya "böyük sərvət" gətirəcək.
Aytən Yaşar/ Turkustan.az