Türkiyə Super Liqasında "transfer yarışı" yenidən alovlanmaq üzrədir.
Fanat.Az xəbər verir ki, məşhur insayder Yağız Sabunçuoğlunun məlumatına görə, hazırda "Napoli" forması geyinən təcrübəli hücumçu Romelu Lukaku Türkiyənin iki nəhəng klubu — "Beşiktaş" və "Fənərbağça"ya təklif olunub.
32 yaşlı belçikalı forvardın hazırkı bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
Yay transfer pəncərəsində hər iki İstanbul təmsilçisinin bu fürsəti dəyərləndirib-dəyərləndirməyəcəyi azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.
Kamil Xudiyev