Kataloniya nəhəngi "Barselona" ulduzunu qorumaq üçün hərəkətə keçib.
Fanat.Az "La Vanguardia" qəzetinə istinadən xəbər verir ki, klub gənc istedadı Fermin Lopez ilə müqaviləni yeniləməyə razılıq verib.
Yeni razılaşmaya əsasən, Lopezin müqaviləsi 2031-ci ilə qədər uzadılacaq və onun maaşında 50% artım olacaq.
"Barselona" rəhbərliyi digər klubların müdaxiləsini əngəlləmək üçün futbolçunun sərbəstqalma məbləğini astronomik bir rəqəmlə — 1 milyard avro ilə müəyyənləşdirib.
Kamil Xudiyev