AZ

“Avropa odun üzərinə yağ tökməklə məşğuldur” Araqçı

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İranın xarici işlər naziri Seyid Abbas Araqçı Avropa İttifaqının (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmaq qərarına sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, diplomat bu barədə “X” sosial media hesabında paylaşım edərək, Avropanı regionda gərginliyi artırmaqda və öz strateji maraqlarına zərər vurmaqda ittiham edib.

A. Araqçı bildirib ki, hazırda bir çox ölkə regionda genişmiqyaslı müharibənin qarşısını almağa çalışdığı halda, Avropa dövlətləri, əksinə, odun üzərinə yağ tökməklə məşğuldur:

“SEPAH-ın terror təşkilatı elan edilməsini ABŞ-nin diktəsi ilə atılan növbəti strateji səhvdir. Avropanın mövqeyi riyakarlıq kimi qiymətləndirilməlidir, çünki İsrailin Qəzadakı hərəkətlərinə qarşı heç bir tədbir görməyən Avropa Birliyinin İranda insan haqlarını müdafiə etmək bəhanəsi ilə çıxış etməsi səmimi deyil. Regionda baş verəcək hər hansı irimiqyaslı müharibə və bunun nəticəsində enerji qiymətlərinin kəskin artımı ilk növbədə Avropanın özünə ciddi zərbə vuracaq”.

Sonda Araqçı “avropalılar öz hökumətlərinin təklif etdiyindən daha yaxşısına layiqdirlər” deyərək, rəsmi Brüsselin siyasətinin Avropa xalqlarının maraqları ilə üst-üstə düşmədiyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
3
qafqazinfo.az

4Mənbələr