AZ

Bakı Fond Birjası ilə birgə sahibkarlar üçün ödənişsiz seminar təşkil olunacaq - QHT sədri

Seminarın mövzusu “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” olacaq.

QHT.az xəbər verir ki, bu barədə məlumatı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib. Onun sözzlərinə görə, tədbirin məqsədi Azərbaycan şirkətləri üçün səhm bazarının yaratdığı imkanları, IPO mexanizmlərini və İslam prinsiplərinə uyğun investisiya alətləri barədə məlumatlılığı artırmaqdır.

Seminar zamanı halal listinq tələbləri və beynəlxalq təcrübə üzrə praktiki yanaşmalar müzakirə ediləcək. Tədbirdə dövriyyəsi ən azı 200 min manat olan sahibkarların iştirakı nəzərdə tutulur. Seminar 5 fevral 2026-cı il tarixində, saat 09:30–11:30 aralığında keçiriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün +994 77 767 24 67 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Seçilən
20
qht.az

1Mənbələr