AZ

Fənərbağça dan Braziliya marağı: Siyahıda 3 ulduz forvard var

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Super Liqasında çempionluq mübarizəsini davam etdirən "Fənərbağça" gələn mövsüm üçün hücum xəttini gücləndirmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Braziliya A Seriyasında çıxış edən üç istedadlı forvardı yaxından izləyir.

"A Spor"un yaydığı məlumata görə, "sarı-lacivərdlilər"in transfer siyahısında Yuri Alberto ("Korintians"), Xose Lopez ("Palmeyras") və Pedro ("Flamenqo") yer alıb.

Klubun skautları artıq bu futbolçuların çıxışını yerində izləməyə başlayıblar.

Xüsusilə Yuri Albertonun gənc yaşı və sürəti rəhbərliyin diqqətini çəkən əsas məqamlardandır.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
50
fanat.az

10Mənbələr