AZ

Azərbaycan UEFA reytinqində irəlilədi

UEFA Çempionlar Liqasındakı növbəti oyunlar ölkələrin UEFA reytinqinə təsir göstərib.

NOCOMMENT.az xəbər verir ki, əsas mərhələnin 8-ci turunda Ağdamın “Qarabağ” klubu İngiltərənin “Liverpool” komandası ilə qarşılaşmada 0:6 hesabı ilə uduzsa da Azərbaycan UEFA reytinqdə irəliləyib.

Ağdamlıların məğlubiyyətinə baxmayaraq, UEFA-nın qaydalarına əsasən pley-offa vəsiqə qazandığı üçün 0,187 əlavə xal əldə olunub.

Beləliklə, Azərbaycan indi 22,937 xalla reytinqdə 27-ci yerdən 26-cı yerə yüksəlib.

Azərbaycandan üstdəki pillədə Serbiya (24,375 xal), aşağıda isə Sloveniya (22,843 xal) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlamışdı.

Seçilən
52
nocomment.az

1Mənbələr