AZ

"Windows 11" istifadəçilərinin sayı 1 milyardı keçib

Bakı. Trend:

"Windows 11" əməliyyat sisteminin (ƏS) istifadəçi sayı birmilyardı keçib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Windows mühüm bir mərhələyə çatdı - bir milyard istifadəçi”,-"Microsoft"un baş icraçı direktoru Satya Nadella bildirib.

Top-menecer bu açıqlamanı 2026-cı maliyyə ilinin ikinci rübününyekunları üzrə hesabat zamanı verib. Nadella vurğulayıb ki, aktualəməliyyat sisteminin auditoriyası bir il ərzində 45 faiz artıb.

Jurnalistlər qeyd ediblər ki, "Microsoft" un məlumatlarına görə,Windows 11 bir milyard istifadəçiyə Windows 10-dan daha sürətliçatıb. Mövcud sistem bunu buraxılışdan 1576 gün sonra bacarıb,əvvəlki nəsil əməliyyat sistemi isə bu göstəriciyə 1706 günə nailolub.

Bununla yanaşı, müəlliflər xatırladıblar ki, "Microsoft""Windows 11"in buraxılışından sonra üç il ərzində bir milyardıncıistifadəçi barədə məlumat verməyi vəd etmişdi, lakin sonradan bumüddətlərə düzəliş edib.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr