Taylandda hərbi təyyarə qəzaya uğrayıb və hər iki pilot həlak olub.
“Matchon” qəzetinin məlumatına görə, hadisə bu gün, 29 yanvar tarixində, yerli vaxtla təxminən saat 10:30-da Çianq May əyalətindəki meşəlik ərazidə baş verib.
Qəzaya uğrayan təyyarə Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus AT-6 turbovintli yüngül hücum və kəşfiyyat təyyarəsi olub.
Qəzetin məlumatına görə, qəza yerinə təcili yardım xidmətləri gəlib və araşdırma başlayıb.
//Samir Qurbanov, Editor.az