AZ

Aİ Ukrayna və Moldovaya 153 milyon avro yardım ayırdı

Avropa Komissiyası, Rusiyanın enerji infrastrukturunu hədəf alan hücumları səbəbindən sərt qış şərtləri ilə üzləşən Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya ümumilikdə 153 milyon avro məbləğində təcili humanitar yardım ayrılacağını açıqladı.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyası yardımla bağlı yazılı açıqlama yayıb.

Müvafiq olaraq, təcili ehtiyaclara cavab olaraq Ukraynaya 145 milyon avro, ölkədən qaçan ukraynalı qaçqınlara ev sahibliyi edən Moldovadakı humanitar proqramlar üçün isə 8 milyon avro ayrılıb.
Bəyanatda ifadələri yer alan Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Hadja Lahbib bildirib ki, "Rusiyanın tammiqyaslı işğalı beşinci ilinə qədəm qoyarkən, milyonlarla ukraynalı donma temperaturunda elektrik enerjisi və istiliksiz qalıb, əsas yaşamaq vasitələrindən məhrumdur".

Lahbib bildirib ki, Ukrayna ilə həmrəylikləri sadəcə bir şüar deyil və onlar yerindəki ehtiyaclara uyğun olaraq etibarlı və davamlı dəstək verirlər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr