Melaniya Tramp ərinin rəqslərini tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın birinci xanımı Melaniya Tramp bildirib.
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ərinin kütləvi tədbirlərdəki məşhur rəqsləri barədə maraqlı açıqlamalar verib.
O etiraf edib ki, ərinin rəqs etməsini bəzən bəyənsə də, bəzi məqamlarda bunu yersiz hesab edir və bu barədə prezidentin özünə də xəbərdarlıq edib.
“Müəyyən anlarda bu mənim xoşuma gəlir. Lakin bəzi günlərdə bu, uyğun deyildi və mən bunu ona demişəm. Amma bu onun rəqsidir və düşünürəm ki, insanların xoşuna gəlir”, – Melaniya Tramp qeyd edib.
Birinci xanım həmçinin əlavə edib ki, Donald Trampın rəqsləri ətrafda müsbət enerji yaradır:
“Bütün dünyada idmançılar da rəqs edirlər. O, bunu edəndə möhtəşəm bir atmosfer yaranır ki, bu da insanlara sevinc və əyləncə bəxş edir. Eyni zamanda, bu rəqslər onun təmsil etdiyi ciddiliyi də tamamlayır”.
Xuraman Etibarlı
İnterpress.az