AZ

Şirkət rəhbərinə borca görə “stop” qoyuldu

 “E.İ. Entertainment” şirkətinin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Hit.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov bununla bağlı qətnamə çıxarıb. 

İş materiallarından məlum olur ki, şirkətin dövlətin borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. 

Qurum məhkəmədən borc ödənilənədək  “E.İ. Entertainment” MMC-nin rəhbərinin ölkədən çıxışıba “stop” qoyulmasını xahiş edib. 

“E.İ. Entertainment” MMC-nin qanuni təmsilçisi İsmixanov Emin Məhərrəm oğludur. Şirkətin hazırda 2945,76 manat borcu var.

Abbas 

Seçilən
11
hit.az

1Mənbələr