Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmisəfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidiilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilən məlumata görə, görüşdə xariciişlər naziri Bədr əl-Busaidi parlamentlər arasında münasibətlərinölkələrimiz və xalqlarımız arasında əlaqələrə müsbət təsirini qeydedərək, bu mənada Milli Məclis sədrinin səfərinin xüsusi əhəmiyyətkəsb etdiyini vurğulayıb.
O, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və biznessahələrində əməkdaşlıq istiqamətində böyük potensialın mövcudolduğunu bildirib. Bu sahələr üzrə əlaqələrin daha dagenişlənməsinə parlamentlərin mühüm töhfə verə biləcəyinisöyləyib.
Nazir, Azərbaycanın strateji coğrafi mövqeyinin logistika vənəqliyyat sahələrində geniş imkanlar yaratdığını, Omanın isə əsasbeynəlxalq nəqliyyat yollarının kəsişməsində yerləşməsinin birgəəməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinivurğulayıb.
Spiker Sahibə Qafarova görüşdə Azərbaycan ilə Oman arasındamövcud münasibətlərin möhkəm əsaslara söykəndiyini və bu əlaqələrindaha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunudiqqətə çatdırıb.
O, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındaəməkdaşlığın uğurla davam etdiyini, Oman Sultanlığının Azərbaycanınərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə bağlı qəbuledilən sənədlərdə ölkəmizə daim dəstək göstərildiyinivurğulayıb.
Görüşdə Azərbaycanın Oman Sultanlığında səfirliyinin açılmasınınikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasınaimkanlar yaratdığı qeyd edilib. İki ölkənin Xarici İşlər vəİqtisadiyyat nazirlikləri arasında təmasların əhəmiyyəti də diqqətəçatdırılıb.
Sahibə Qafarova qanunverici orqanlar arasında əməkdaşlığınyüksək qiymətləndirildiyini, parlament diplomatiyası vasitəsiləqarşılıqlı dəstəyin davamlılığının təmin edilməsi istiqamətindəardıcıl səylərin göstərildiyini bildirib. Qeyd olunub ki, 2023-cüilin yanvarında iki ölkənin spikerləri arasında baş tutan ilkgörüşdən sonra parlamentlərarası əməkdaşlıq əhəmiyyətli dərəcədəgenişlənib, müxtəlif səfər və tədbirlər çərçivəsində qarşılıqlıgörüşlər keçirilib.
Tərəflər həyata keçirilən qarşılıqlı təmasların ölkələrimizarasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyiniqeyd ediblər.
Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan və Omansülhpərvər dövlətlərdir və sabitliyin qorunmasına və qarşılıqlıəməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Bu baxımdan iki ölkəarasında əlaqələrin inkişafı həm məntiqli, həm də zəruri xarakterdaşıyır.
Görüşdə humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. Buçərçivədə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanınbu ölkəyə səfərinin mədəni əlaqələrin, humanitar əməkdaşlığınmüzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Söhbət zamanı regiondakı mövcud vəziyyət barədə də fikirmübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycantorpaqlarının işğaldan azad edilməsindən sonra ölkəmizin təşəbbüsüilə regionda sülh prosesinin başlandığı, xüsusilə Vaşinqtonsammitindən sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərinnormallaşması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunudiqqətə çatdırıb. Həmçinin regionda yeni nəqliyyat bağlantılarınınyaradılması istiqamətində görülən işlərin regionda sabitliyə vəəməkdaşlığa töhfə verəcəyi qeyd olunub.