AZ

Ağstafada stolüstü tennis üzrə turnir keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafa, 29 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayon Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbində 2 fevral Gənclər Gününə həsr olunmuş 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə turnir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.

Turnirdə ümumilikdə 32 idmançı iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
1
azertag.az

2Mənbələr