AZ

"Məclislərdə atama verilən çayı 1-ci özüm içib yoxlayıram"

Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə efirlərin birində qonaq olub.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, veriliş zamanı sənətçi keçmişdə ciddi sağlamlıq problemi ilə üzləşdiyini açıqlayıb. Tacir Şahmalıoğlu bir dövr səsinin batması təhlükəsi ilə üz-üzə qaldığını və bu səbəbdən çətin günlər yaşadığını etiraf edib.

Mövzu ilə bağlı oğlu Şahmalı da diqqətçəkən açıqlama verib. O, atasına qarşı xüsusi həssaslıq göstərdiyini bildirib:

"Məclislərdə atama verilən çayı əvvəlcə özüm içib yoxlayıram. Bu, mənim borcumdur. Atama görə səsimi fəda edərəm".

Şahmalının bu sözləri studiyada maraqlı anlara səbəb olub. Ata-oğulun səmimi münasibəti və qarşılıqlı dəstəyi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirə olunub.

Seçilən
26
4
olke.az

5Mənbələr