Bakı, 29 yanvar, AZƏRTAC
2025-ci il ərzində təmin olunmuş 2588 istehlakçı müraciəti əsasında ümumilikdə 383 min manatadək vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv tədbirlər bazar iştirakçıları arasında hüquqi məsuliyyətin artırılmasına, xüsusilə istehlakçıların pozulmuş hüquqlarının bərpası istiqamətində real nəticələrin əldə olunmasına xidmət edir.