AZ

Cərimələrin tutulması prosedurunda dəyişiklik: Əmək haqqından…

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında cərimələrin məcburi qaydada tutulması prosedurunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimənin icrası əvvəlcə əmək haqqına və ya digər qazancına yönəldiləcək. Əgər bu gəlirlər kifayət etməsə, yalnız o zaman cərimə məhkumun xüsusi mülkiyyətində olan əmlaka və ya ümumi mülkiyyətdəki payına yönəldiləcək.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu dəyişikliklər icra prosesini sadələşdirir və səmərəliliyi artırır:

“Əvvəlki qaydada icra prosesi əvvəlcə yüksək dəyərli əmlaka yönəlirdi ki, bu da vaxt itkisinə və əlavə maliyyə xərclərinə səbəb olurdu. Yeni qayda məhkumların əmək haqqı və digər gəlirləri üzərindən cərimələrin tutulmasını prioritetləşdirir, nəticədə həm icra orqanları üçün prosedur daha operativ olur, həm də məhkumlar üçün əlavə xərclər və vaxt itkisi minimuma endirilir.”

Əkrəm Həsənov vurğulayıb ki, layihənin qəbul edilməsi həm qanunvericiliyin praktik tətbiqini sadələşdirəcək, həm də cərimələrin daha ədalətli və balanslı şəkildə tutulmasına imkan verəcək:

“Yeni yanaşma icra prosesinin proqnozlaşdırıla bilənliyini artırmaqla, dövlət və vətəndaşlar üçün xərclərin azaldılmasına da töhfə verəcək”.

Tunar

Seçilən
13
nocomment.az

1Mənbələr