AZ

Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmisəfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri ŞeyxƏbdülməlik Al Xəlili ilə görüşüb. Görüşdə ölkələrimiz arasındadostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəflimünasibətlərin mövcudluğu vurğulanıb.

Qeyd edilib ki, xalqlarımız arasında mövcud tarixi, dini vəmədəni oxşarlıqlar ölkələrimiz arasında münasibətlərin inkişafıüçün geniş imkanlar yaradır. Söhbət zamanı iki ölkənin qanunvericiorqanları arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılıb vəparlamentlər arasındakı qarşılıqlı fəaliyyətin münasibətlərin dahada inkişafına töhfə verdiyi vurğulanıb.

Tərəflər son illərdə parlamentlər səviyyəsində əlaqələrindərinləşməsindən məmnunluq ifadə ediblər. Xüsusilə parlamentsədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər vəmüxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmaslarıngücləndirilməsi əlaqələrimizin genişlənməsində mühüm amil kimiqiymətləndirilib.

Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al XəliliMilli Məclis sədrinin Oman Sultanlığına ilk rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamınıbildirib.

Vurğulanıb ki, parlamentlərimiz həm ikitərəfli, həm dəbeynəlxalq parlament platformalarında uğurlu əməkdaşlığa malikdir.O cümlədən Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyasıvə İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda qarşılıqlı dəstəknümayiş olunur.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlhamƏliyevin təşəbbüsü ilə yaradılan Qoşulma Hərəkatı ParlamentŞəbəkəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Omanparlamentinin təşkilatda fəal iştirakından məmnunluğunu ifadəedib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
73
45
az.trend.az

10Mənbələr