ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial-mədəni fəaliyyəti kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı tərəfindən görkəmli ictimai-siyasi xadim, mütəfəkkir və yazıçı Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində təqdim olunan bu nəşrlər sırasına “İslama görə və islamiyyətdə qadın”, “Şiə dinində məzdəki inancları”, “İslamda qadın”, “Sərbəst insanlar ölkəsində”, “İxtilalmı, inqilabmı?” “Könülsüz olmaz”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd” kimi fundamental əsərlər daxildir.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxışında muzeyin bu mövzularda mütəmadi tədbirlər keçirdiyini və tədqiqatçılara hər zaman dəstək olduğunu vurğuladı.
Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, jurnalist və kolleksiyaçı Dilqəm Əhməd, “Füyuzat” dərgisinin məsul redaktoru Samir Ramizoğlu, Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, professor Mübariz Süleymanlı çıxış etdilər.
Tədbir zamanı görkəmli ictimai-siyasi xadim, “Difai” partiyasının lideri Əhməd bəy Ağaoğluna məxsus olan və Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edilmiş nadir kitabların təqdimatı keçirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.