AZ

Üç çəki dərəcəsində hazırkı dünya çempionu həbs olundu

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Boks üzrə üç çəki dərəcəsində hazırkı dünya çempionu, məğlubedilməz amerikalı boksçu Cervonta Devis Floridada bir mağazadan çıxarkən polis tərəfindən saxlanılıb. Sport24.az xəbər verir ki, bu barədə "BoxingScene" portalı məlumat yayıb.

Devis barədə həbs qərarı bu ilin yanvarın ortalarında verilib. Boksçu keçmiş sevgilisinə qarşı məişət zorakılığında ittiham olunur. Hadisə 27 oktyabr 2025-ci ildə baş verib və bundan sonra sevgilisi Cervontaya qarşı məhkəmə iddiası qaldırıb.

Qeyd edək ki, Devis son döyüşünü 2025-ci ilin martın 1-də keçirib. Onun Lamont Rouça ilə döyüşü heç-heçə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
sport24.az

1Mənbələr