AZ

Ərdoğan bu türk lideri hava limanında qarşıladı

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türkiyəyə rəsmi səfər edib.

Sitat.info xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, Özbəkistan prezidentini Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Esenboğa Hava Limanında qarşılayıblar.

Məlumata görə, hər iki lider Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək. İclasda ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə müzakirə olunacaq.

Liderlərin təkbətək və nümayəndə heyətləri ilə görüşlərdən sonra mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Seçilən
15
30
sitat.info

10Mənbələr