Bazar ertəsi günü yerli vaxtla təxminən saat 20:45-də Nevada ştatının Las-Veqas şəhərindəki Harri Rid Beynəlxalq Hava Limanında dəhşətli anlar qeydə alınıb.
“British Airways”sərnişin təyyarəsinin sağ arxa əsas şassisi qalxış zamanı qopub.
Texniki problemə baxmayaraq, Airbus A350-1000 təyyarəsi uçuşunu başa vuraraq Londonun Hitrou hava limanına təhlükəsiz şəkildə eniş edib.
Şirkət açıqlamasında bildirib ki, "Təhlükəsizlik və mühafizə etdiyimiz hər şey üçün vacibdir və biz hakimiyyət orqanlarının araşdırmalarını dəstəkləyirik " .