AZ

Potensial rəqibindən "Qarabağ"a şad xəbər: Ulduz futbolçu zədələndi

PSJ-nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Nyukasl”a qarşı oyunda zədələnib.

Publika.az xəbər verir ki, gürcüstanlı futbolçu 23-cü dəqiqədə meydanı tərk edərək yerini Dezire Dueyə verib. Liderini itirən parislilər qələbə qazana bilməyib və görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyundan sonra Fransa komandasının baş məşçqisi Luis Enrike Xviçanın durumu barədə danışıb. “Bu, topuq zədəsidir. Vəziyyət çətindir… Amma ümid edirəm ki, sabah yaxşı xəbərlər olacaq”, - deyə ispaniyalı mütxəssis bildirib.

Qeyd edək ki, PSJ pley-offda “Qarabağ”ın potensial rəqibidir. Fransa çempionunun digər rəqibi “Monako”, Ağdam klubunun isə "Nyukasl"dır. Püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.

Seçilən
16
2
publika.az

3Mənbələr