PSJ UEFA Çempionlar Liqasının son turundan sonra ciddi itki ilə üzləşib.
İdmanxeber.az xəbər verir ki, Paris klubunun gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya “Nyukasl”la oyunda (1:1) topuq nahiyəsindən zədələnib. Baş məşqçi Luis Enrike futbolçunun vəziyyətinin mürəkkəb olduğunu açıqlayıb.
Qeyd edək ki, PSJ “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biridir.