AZ

ABŞ Yaxın Şərqdə hərbi qüvvələrin artırılmasını yaxın günlərdə başa çatdıracaq

ABŞ

ABŞ-ın Fars körfəzi bölgəsində hərbi mövcudluğunun artırılması yaxın günlərdə tamamlanacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“Hazırda əsas məqsəd hazırlıqdır, lakin hər şey onu göstərir ki, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İranla bağlı daha bir qərar verəcək,” – deyə amerikalı rəsmi portala bildirib.

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması çərçivəsində artıq regiona USS Abraham Lincoln zərbə aviadaşıyıcı qrupu, həmçinin F-15 qırıcılarından ibarət eskadrilya və C-17 hərbi-nəqliyyat təyyarələri göndərilib.

Məryəm Quliyeva

Seçilən
16
xalqcebhesi.az

1Mənbələr