"Volkswagen" ID.4 elektrikli SUV modellərində aşırı isinmə və yanğın riski aşkar edildiyi üçün 2023-2025 istehsalı olan 43 min 881 avtomobili pulsuz proqram təminatı yeniləməsi və batareya yoxlaması üçün geri çağırıb.
Manset.az xarici mediaya istrinadən xəbər verir ki, təxminən 43 min 881 avtomobil, yüksək gərginlikli batareyalarının aşırı isinməsi və potensial yanğın riski səbəbilə səlahiyyətli xidmət mərkəzlərinə yönləndiriləcək.
Milli Avtomobil Yolları Təhlükəsizlik İdarəsi (NHTSA) tərəfindən paylaşılan məlumata görə, sözügedən avtomobillərdə yüksək gərginlikli batareyanın müəyyən şərtlər altında aşırı isinərək yanğın təhlükəsi yarada biləcəyi müəyyən edilib. Volkswagen bu riski nəzərə alaraq genişmiqyaslı bir təhlükəsizlik kampaniyasına başlamağa qərar verib.