AZ

Sabah hava necə olacaq? – PROQNOZ

Yanvarın 30-da Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1–4°, gündüz 8–12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–90 %, gündüz isə 60–70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8–13° isti, dağlıq ərazilərdə isə gecə 2–7° şaxta, gündüz 3–8° isti olacaq.

Qeyd olunur ki, gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

DOĞRU.AZ

Seçilən
80
49
dogru.az

10Mənbələr