AZ

Azərbaycanla Çad arasında İKT sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir MəmmədovÇad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşmanaziri Boukar Mişel ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında İKT sahəsindəəməkdaşlıq imkanları müzakirə olunub. Ölkəmizdə bu sahədə həyatakeçirilən layihələr, xüsusilə “mygov” platforması, SİMA rəqəmsalimza sistemi barədə məlumat verilib. Azərbaycanın rəqəmsal inkişaftəcrübəsinin Çadda tətbiqi imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, kibertəhlükəsizlik, Çadda insan kapitalınıninkişafı istiqamətində Azərbaycanın mümkün dəstəyi, tələbələrinölkəmizdə İKT sahəsində təlimlərə cəlb olunmasına dair fikirmübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın bütün sahələrini əhatə edəcək fəaliyyətplanının qısa müddətdə hazırlanması məsələsi razılaşdırılıb. Buməqsədlə Azərbaycandan mütəxəssislərin Çada səfəri gözlənilir. Çaddata mərkəzinin yaradılması istiqamətində də ölkəmizin təcrübəsiniöyrənəcək.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin ölkəmizə səfəriçərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, həmçininAzərkosmos ilə rəqəmsal transformasiya, innovasiya, rəqəmsalməhsulların ixracı sahəsində əməkdaşlığa dair anlaşmamemorandumları imzalanıb.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Seçilən
23
5
az.trend.az

6Mənbələr