Yanvarın 28-də Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən ukraynalı pilotu, Azərbaycanın Milli Qəhrəmanı, baş leytenantı, Mi-8T vertolyotunun (SSRİ-24137) komandirini Viktor Seryogin yad edilib. Bu haqda Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib. “1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı onun vertolyotu vurulduqda, Viktor Vasilyeviç uçuş aparatını Şuşa şəhərinin yaşayış məntəqələrindən uzaqlaşdırmışdır. Komandir, ekipajın iki üzvü və 41 sərnişin Xalfəli kəndində körpü yaxınlığında baş vermiş aviasiya qəzası nəticəsində həlak olmuşdur.
Onun faciəli həlak olmasının ildönümü münasibətilə Ukraynanın səfiri Yuriy Husyev Viktor Seryoginin həyat yoldaşı və qızı ilə birlikdə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başladıqdan sonra ailənin Xarkovdan köçdüyü binada xatirə lövhəsinin təntənəli açılışında iştirak etmişdir. Bu, yalnız xatirəyə ehtiram deyil, həm də taleləri iki xalqı əbədi olaraq birləşdirən insanın qəhrəmanlığına dərin hörmətin ifadəsidir.
Viktor Seryoginin xatirəsi — Ukrayna və Azərbaycan xalqları arasında dərin insani və tarixi əlaqələrin daha bir sübutudur. Bu xalqları ən çətin dövrlərdə həm Azərbaycan Respublikasında, həm də Ukraynada müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin müdafiəsi uğrunda ayağa qalxmış ortaq Qəhrəmanlar birləşdirir.
Pilotlar ölmür — onlar son uçuşlarına yollanırlar…”, – deyə məlumatda bildirilib.