AZ

“Arsenal” Çempionlar Liqasında klub rekordunu yenilədi


“Arsenal” UEFA Çempionlar Liqasının 8-ci turunda “Kayrat”ı 3-2 hesabı ilə məğlub etdikdən sonra, bir Çempionlar Liqası mövsümündə vurulan qolların sayına görə klubun rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Squawka” portalı məlumat yayıb.
Məlumata görə, “Arsenal” həmçinin, klub tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl səkkiz qələbə qazanıb.
Bu matçlarda ümumi qol hesabı isə 23-ə qarşı 4 olub.
Digər tərəfdən, “Arsenal” Çempionlar Liqasının final mərhələsinə bir xal belə itirmədən keçən ilk klub olub. Avropanın aparıcı turnirində “Kayrat”la qarşılaşmadan əvvəl “Arsenal” “Atletik Bilbao”nu (2-0), “Olimpiakos”u (2-0), “Atletiko Madrid”i (4-0), “Slaviya Praqa”nı (3-0), “Bavariya”nı (3-1), “Klab Brügge”ni (3-0) və “İnter”i (3-1) məğlub edib.
Seçilən
73
yeniavaz.com

1Mənbələr