Baş nazir Bakı-İrəvan razılaşmalarının əsasını Alma-Ata Bəyannaməsinin təşkil etdiyini bildirib...
Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ hərəkatı” adlandırılan mövzunun ölkəsi üçün birdəfəlik bağlanmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq barədə razılığa gəlib.
Paşinyan vurğulayıb ki, hökumət başçısı kimi məhz bu siyasi xətti rəhbər tutacaq və danışıqlar prosesində əldə edilən prinsiplərdən geri çəkilməyəcək. Baş nazirin fikrincə, regional sabitliyin təmin olunması, sülh gündəliyinin irəlilədilməsi və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün qarşılıqlı tanınma əsas şərtlərdən biridir.
Ermənistan lideri eyni zamanda bu yanaşma ilə razılaşmayan qüvvələrə də çağırış edib. O, narazı olanları siyasi mübarizəni və etirazlarını qanuni çərçivədə, siyasi prosesin imkanları daxilində aparmağa dəvət edib. Paşinyan bildirib ki, hökumətin prioriteti Ermənistanın təhlükəsizliyi və uzunmüddətli sabitlikdir.
Poliqon.info