AZ

AmCham: AQTA-nın qida təhlükəsizliyi sertifikatı prosesi sahibkarlar üçün ləngidir

Amerika Ticarət Palatası (AmCham) Azərbaycanda qida təhlükəsizliyi icazələrinin verilməsi prosesinin sənədləşmə tələblərinin çoxluğu səbəbindən ləng getdiyini bildirib.

 AmCham-ın “Ağ sənəd 2025” hesabatında qeyd olunub ki, AQTA tərəfindən tələb olunan sənədlərin sayı və müxtəlifliyi sertifikatın bir gün ərzində verilməsini qeyri-mümkün edir. Sənədlər arasında mənşə sertifikatı, çəki siyahısı, istehsal və son istifadə tarixi, keyfiyyət və analiz sənədləri, müqavilə, etiket, məhsulun şəkli, CMR, baytarlıq və fito sertifikatlar yer alır.

Hesabatda vurğulanıb ki, gömrük orqanı tərəfindən artıq tələb olunan sənədlərin AQTA tərəfindən təkrar yoxlanılması zəruri deyil. Bundan başqa, qeydiyyat üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tələb olunması bir çox sahibkar üçün problem yaradır. 2018-ci il Nazirlər Kabinetinin 302 nömrəli Qərarına əlavə olaraq, AQTA-nın “ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun keyfiyyətini təsdiq edən sənəd”i də tələb etməsi prosesin ləngiməsinə səbəb olur.

AmCham hesabatında qeyd edir ki, bu proses sahibkarların işini çətinləşdirir və idxal-ixrac əməliyyatlarını yavaşıdır.

Seçilən
62
1
anews.az

2Mənbələr