AZ

Starmer Çin liderinə İngiltərə Premyer Liqa matçında istifadə olunan top hədiyyə etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer Pekinə səfəri zamanı Çin lideri Si Cinpinə İngiltərə Premyer Liqasının "Arsenal" - "Mançester Yunayted" matçında istifadə olunmuş futbol topu hədiyyə edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Sky News" nəşri məlumat verib.

Xəbərdə bildirilir ki, Kir Starmer London "Arsenal"ının çoxdankı azarkeşidir və müntəzəm olaraq komandanın matçlarında iştirak edir.

"Sky News"un qeydinə görə, Si Cinpin də "Mançester Yunayted"ə rəğbət bəsləyir. Bu iki klub arasında son matç yanvarın 25-də baş tutub. Londonda keçirilən oyun "Mançester Yunayted"in 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kir Starmer son səkkiz ildə Çinə səfər edən ilk Britaniya baş naziri olub.

Seçilən
19
1
moderator.az

2Mənbələr