AZ

AYNA əməkdaşları qaydaları belə pozur – Video

Bir vətəndaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əməkdaşlarının qaydaları pozduğunu əks etdirən video paylaşıb.

Yenilik.az xəbər verir ki, AYNA əməkdaşlarının özbaşınalığı ilə bağlı video çəkən şəxs bildirib ki, o özü həmin yerdə avtomobil saxlayan zaman cərimələnib. Ancaq AYNA əməkdaşları qadağan olan yerdə xidməti avtomobillərini park edərək qayda pozur:
“Burada saxlayıb yaxınlıqdakı kafedə yemək yeməyə gediblər. Biz saxlayanda isə cərimə yazırlar”.
Sözügedən videoya şərh yazanlar da AYNA-nın qayda pozduğunu, hər yerdə özbaşınalıq etdiyini qeyd edib.
Sözügedən videonu və şərhləri təqdim edirik:
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Seçilən
8
yenilik.az

1Mənbələr