AZ

Gümüşün qiyməti 120 dolları ötdü

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ-da artan geosiyasi gərginlik və qeyri-müəyyənliklər fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində gümüşün bir unsiya üçün qiyməti 120 dolları keçib.

Teleqraf xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında metalın qiyməti 120,45 dollarla yeni rekord səviyyəyə çatıb.

Hazırda gümüş fyuçersləri 4.48%-lik artımla 118.62 ABŞ dollarına ticarət olunur.

Qeyd edək ki, ilin əvvəlindən bəri gümüşün qiyməti təxminən 64% artıb. Buna investorların qızıldan qismən imtina edərək portfellərini şaxələndirməsi, tədarük çatışmazlığının davam etməsi və aktiv alışlar dəstək verib.

Seçilən
19
2
teleqraf.com

3Mənbələr