AZ

Qazaxıstanın Azərbaycana ixracı idxal göstəricisini xeyli üstələyib.

Astana, 29 yanvar, AZƏRTAC

Qazaxıstanın Azərbaycanla xarici ticarəti 2025-ci ilin yanvar-noyabr aylarında 424,4 milyon dollar və ya hesabat dövrü ərzində Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib.

AZƏRTAC Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixrac 360,3 milyon dollara çatıb ki, bu da ümumi həcmin 0,5 faizini təşkil edir.

Azərbaycandan idxal 64,1 milyon dollar və ya ümumi həcmin 0,1 faizini təşkil edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
31
3
azertag.az

4Mənbələr