Bakı. Trend:
Yaponiyada məhkəmə Asiya dövlətinin cənubunda yerləşən Kadenaşəhərinin sakinlərinə ABŞ Hərbi Hava Qüvvələrinin eyniadlıaviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görəümumilikdə təxminən 16,3 milyon dollar məbləğində təzminatınödənilməsi ilə bağlı yerli hökumətin üzərinə öhdəlik qoyub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məhkəmə qərara alıb ki, Amerika təyyarələrinin yaratdığı səs-küyçirklənməsi şəhər sakinlərinin gündəlik həyatını pozur və onlara“təyyarə səsindən qaynaqlanan narahatlıq, əsəbilik, yuxu pozuntusuvə mümkün aviaqəzalarla bağlı təşviş şəklində psixoloji zərər”vurur.
Sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadəkdəymiş ziyana görə kompensasiya alacaqlar. Ödənişin məbləği şəhərsakininin bazadan nə qədər müddətdir və hansı məsafədə yaşamasındanasılı olacaq. Bununla yanaşı, məhkəmə iddiaçıların ABŞ Hərbi HavaQüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbinırədd edib, çünki Yapon hökumətinin bu sahədə səlahiyyətiyoxdur.