AZ

Böyük Britaniyanın Baş naziri Çinə gedib

Böyük Britaniyanın Baş naziri Kir Starmer dörd günlük səfərlə Pekinə gəlib. Bu, səkkiz ildən sonra Böyük Britaniya baş nazirinin Çinə ilk səfəridir. 

Məlumatı “Kommersant” yayıb. 

Məlumata görə, səfər Çin lideri Si Cinpin və Keyr Starmer arasında 2024-cü ilin noyabr ayında Rio-de-Janeyroda keçirilmiş G20 sammiti çərçivəsində keçirilən görüşdən sonra baş tutub.

Səfər zamanı Britaniya baş naziri Si Cinpinlə, eləcə də Çin Dövlət Şurasının Baş naziri Li Qianq və Ümumxalq Nümayəndələr Konqresinin Daimi Komitəsinin rəhbəri Çjao Leci ilə görüşməyi planlaşdırır. 

Britaniyada Leyborist hökuməti hakimiyyətə gəldikdən sonra Çinlə strateji münasibətlərin inkişafına sadiq olduğunu bəyan edib. Britaniya nümayəndə heyətinə əllidən çox iri şirkətin top menecerləri və Britaniya qurumlarının nümayəndələri daxil idi.

P.ƏMİRCANOV
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr