UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son turunda PSJ doğma meydanda “Nyukasl”la 1:1 hesablı heç-heçə edib.
90deqiqe.Az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Vitinya oyundan sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.Portuqaliyalı futbolçu PSJ-nin oyuna nəzarət etdiyini və kifayət qədər qol epizodları yaratdığını bildirib:
“Pis oyun olmadı. PSJ oyuna nəzarət edirdi və fürsətlər yaradırdı. Amma qələbə qolunu vurmaq bizə nəsib olmadı. Oyunumuzu bəyəndim, lakin nəticə ürəkaçan deyil. Buna görə çox məyus olmağa dəyməz. Keçən mövsüm də oxşar çətinliklərimiz olmuşdu”, – UEFA-nın mətbuat xidməti Vitinyanın sözlərini sitat gətirib.
Qeyd edək ki, PSJ ümumi mərhələni ilk 8-liyin kənarında başa vurub və pley-offa vəsiqə uğrunda keçiriləcək stık (play-in) qarşılaşmalarında iştirak edəcək.