AZ

Hökumət ödəniş və rabitə sahəsində qaydaları təkmilləşdirib

Bakı. Trend:

Nazirlər Kabineti bir sıra normativ-hüquqi aktlara dəyişiklikedib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların,habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin işxüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi vətətbiqi Qaydaları”na dəyişikliklər edilib. Dəyişikliklərə əsasən,Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” informasiya sistemi, eləcə də“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publikhüquqi şəxsin strukturuna daxil olan “Azərbaycan Hava Yolları”QSC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Azərpoçt” MMC-nintətbiq etdiyi müvafiq informasiya sistemlərinin çıxarışları ciddihesabat blankı tələblərinə şamil edilməyəcək.

Bununla yanaşı, həmin sistemlər üzrə çıxarışların uçotuqaydalarının müəyyən edilməsi səlahiyyəti aidiyyəti dövlətqurumları arasında bölüşdürülüb. Belə ki, Hökumət Ödəniş Portalıüzrə uçot qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı,“ASAN ödəniş” sistemi üzrə isə Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən edəcək. AZCON-unstrukturuna daxil olan qurumların və “Azərpoçt”un sistemləri üzrəuçot qaydaları isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitərəfindən müəyyən ediləcək.

Həmçinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarla təsdiqedilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçünxüsusi Qaydalar”da da dəyişikliklər aparılıb. Dəyişikliklərçərçivəsində sənəddə yer alan bəzi qurum adları yeni institusionalstruktura uyğunlaşdırılıb və AZCON-un strukturuna daxil olanmüvafiq qurumların adları ilə əvəz edilib.

Məqalədə:
Seçilən
9
3
az.trend.az

4Mənbələr