AZ

Kürdəmirdə qanunsuz tikinti DAYANDIRILDI

Şikayətdə qonşu evinin dibində qanunsuz bina tikildiyini iddiaları əks olunmuşdu.  Bu gün isə Kürdəmir rayon İcra hakimiyyətindən məsələyə reaksiya verilib.  Qurumdan Ajans.az-a  bildirildi ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 3, ev 30 ünvanında yerləşən, vətəndaş Cəfərov Vüqar Eldar oğluna məxsus torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən layihə üzrə tikinti işlərinə 2022-ci ildə başlanılmışdır. Tikinti işləri zamanı aidiyyəti qurumlar tərəfindən yerində aparılmış araşdırma nəticəsində layihədən kənarlaşma faktı və qonşular arasında mübahisənin mövcudluğu müəyyən edilmiş, bu səbəbdən tikinti işləri dayandırılmışdır.
 
İcra hakimiyyəti açıqlayıb ki, mülki mübahisə ilə əlaqədar tərəflər məhkəməyə müraciət edib. Hazırda işə məhkəmə qaydasında baxılır.
Seçilən
16
Ajans.az

1Mənbələr