Avropa Komissiyası (AK) Ukraynaya 145 milyard avro həcmində humanitar yardım, həmçinin ukraynalı qaçqınlara dəstək məqsədilə Moldovaya əlavə 8 milyard avro ayrıldığını bəyan edib.
“Ukraynanın təcili ehtiyaclarına cavab olaraq, Aİ yataq yerləri, ərzaq, maliyyə dəstəyi, psixoloji yardım, eləcə də suya və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi daxil olmaqla humanitar yardım üçün 145 milyard avro ayırıb. Ukraynadan olan qaçqınlara dəstək məqsədilə isə Moldovaya əlavə 8 milyard avro ayrılıb”, — deyə AK-nin mətbuat xidmətinin bəyanatında bildirilir.