AZ

Büdcəni belə dolduracaq: Kasıbları yox, varlıları hədəfə aldı

Nyu-York meri Zöhran Mamdani varlılara vergilərlə bağlı ilginç açıqlama verib.

Publika.az xəbər verir ki, o, keçmiş mer Erik Adams və Nyu-York qubernatoru Endryu Kuomonun zəif maliyyə idarəçiliyini tənqid edib.

Mamdani proqnozlara görə, 2026-cı il üçün 2,2 milyard dollar və 2027 maliyyə ili üçün 10,4 milyard dollar olmaqla, ümumi kəsirin 12,6 milyard dollar olacağını bildirib.

Mer seçki kampaniyası zamanı korporativ vergini 11,5 faizə qaldıracağına söz verib. Qeyd edib ki, ildə 1 milyon dollardan çox qazanan sakinlər üçün sabit 2 faiz vergi tətbiq ediləcək.

Seçilən
26
publika.az

1Mənbələr