Nigerin paytaxtı Niamey şəhərində partlayış
7News.az xəbər verir ki, Nigerin paytaxtı Niameydə Diori Hamani Beynəlxalq Hava Limanı yaxınlığında atışma və güclü partlayış səsləri eşidilib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə silsilə partlayışlarla müşayiət olunan yol kənarında çoxlu sayda avtomobilin yandığı görünür.