AZ

İran ordusuna 1000 ədəd yeni PUA təhvil verildi

İran ordusuna 1000 ədəd yeni PUA təhvil verildi

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

İran ordusu regionda artan gərginlik fonunda 1000 ədəd pilotsuz uçuş aparatından (PUA) ibarət yeni partiyanı qəbul edib. Məlumata görə, bu texnikalar strateji üstünlüyü möhkəmləndirmək və döyüş qabiliyyətini artırmaq məqsədilə ordunun müxtəlif bölmələrinə paylanılıb.

İran ordusunun baş komandanı Hatami bildirib ki, pilotsuz uçuş aparatlarının bu partiyası hərbi əməliyyatların sürətli idarə olunması və istənilən təcavüzkara sarsıdıcı zərbələr endirilməsi üçün zəruridir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
28
interpress.az

1Mənbələr