AZ

Azərbaycan çempionatında klub sayı artırılır? - AÇIQLAMA

I Liqada klub sayının artırılması gözlənilmir.

Peşəkar Futbol Liqasından (PFL) bu barədə saytımıza açıqlama verilib.

Ölkə çempionatını təşkil edən qurumun Media və marketinq direktoru Sənan Abdullayev Sportinfo.az-a deyib:

“Hazırda I Liqada çempionat davam edir. Bildiyiniz kimi, növbəti mövsümdə çempionatı tərk edən və ya yüksələn komandaların kimliyi yarışların Əsasnaməsi ilə tənzimlənir və bununla bağlı konkret maddələr var.

Hazırda bu məsələyə münasibət bildirərkən biz məhz Əsasnaməyə istinad etməliyik".

Son günlər sosial şəbəkələrdə yayılan xəbərlərə görə, növbəti mövsümdən etibarən I Liqada iştirakçı sayı 10-dan 12-yə çatdırılacaq.

İddiaya görə, II Liqada mübarizə aparan iki komanda birbaşa üst turnirə vəsiqə qazanacaq. Turnir cədvəlində üçüncü sıranı tutan kollektivin isə I Liqada 9-cu yeri tutanla pley-off oyunu keçirəcəyi deyilir.

Seçilən
8
sportinfo.az

1Mənbələr